"Yuventus" Pyatsanı icarəyə verdi

00:43 - 1 Fevral 2020

"Yuventus" hücumçusu Marko Pyatsanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, xorvat futbolçu "Anderlext"ə keçib. 24 yaşlı futbolçu mövsümün sonuna qədər Belçika klubunda çıxış edəcək. "Anderlext"in müqaviləni daha 1 il uzatmaq hüququ var.

 

"Anderlext" Almaniyanın "Ayntraxt" klubunun 20 yaşlı boosniyalı müdafiəçisi Deyan Yovelyiçi də mövsümün sonuna qədər icarəyə götürüb.

 

Pyatsa 2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avroya "Yuventus"a keçib. Turin təmsilçisi daha öncə Markonu "Fiorentina"ya icarəyə verib.

Xəbər xətti