İtaliyanın "Fiorentina" klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, florensiyalılar "Verona"nın yarımmüdafiəçisi Sofyan Amrabatı 20 milyon avroya transfer edib. 23 yaşlı futbolçu iyulda "Fiorentina"ya qoşulacaq.
"Verona" Mərakeş millisinin üzvünü "Brügge"dən 3 milyon avroya transfer etmişdi. Sofyanın böyük qardaşı Nordin Amrabat Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"də çıxış edir.
saytlarin hazirlanmasi