"Barselona" "Palmeyras"ın futbolçusunu heyətinə qatdı

01:01 - 1 Fevral 2020

"Barselona" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, katalonlar "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Barselona" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Daha 3 milyon avro isə bonuslar şəklində Braziliya klubuna veriləcək.

 

İspaniya nəhəngi braziliyalı futbolçuya 300 milyon avroluq sərbəst qalma qiyməti qoyub.

 

"Palmeyras" Mateusu ötən il "Botafoqo"dan 4 milyon avroya transfer etmişdi.

Xəbər xətti