"Mançester Siti" müdafiəçisini "Leyptsiq"ə icarəyə verdi

01:08 - 1 Fevral 2020

"Mançester Siti" müdafiəçisi Anxelinonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Almaniyanın "Leyptsiq" klubuna keçib. İspan futbolçu Bundesliq təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

"Mançester Siti" Anxelinonu 2013-cü ildə "Deportivo"dan 4,5 milyon avroya transfer edib. 2018-ci ildə PSV ispaniyalı futbolçunu 5,5 milyon avroya transfer etmişdi. Mançesterlilər müqavilənin şərtlərinə uyğun olaraq, futbolçunu ötən yay 12 miliyon avroya geri qaytarmışdı.

 

Xəbər xətti