Honda Braziliya klubunda

01:24 - 1 Fevral 2020

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Hondanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger karyerasını Braziliyada davam etdirəcək. Honda 2-ci liqada çıxış edən “Botafoqo” klubuna keçib. San-Paulu təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

 

Keysuke Honda "Venlo", ÇSKA, "Milan", "Paçuka", "Melburn", "Vitess" kimi klublarda çıxış edib.

Xəbər xətti