"Qarabağ" Fənərbaxça"nın futbolçusunu transfer edir

11:33 - 1 Fevral 2020

"Qarabağ" "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukla böyük ölçüdə razılığa gəlib.

 

Sportal.az "Milliyət"ə istinadən xəbər verir ki, 28 futbolçu Ağdam klubuna icarəyə veriləcək.

 

İstanbul klubunda mövsümlük 1,2 milyon avro maaş alan futbolçunun məvacibinin yarısını "Qarabağ" ödəyəcək. Mövsümün yarısı başa çatdığı üçün Alperin 600 min avro alacağı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəməyə razılaşdığı iddia olunur.

 

"Qarabağ" türk yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürəcək.

 

Türkiyə millisinin üzvü "Fənərbaxça"ya 2013-cü ildə "Əskişəhərspor"dan keçib.

Xəbər xətti