"Zirə" "Sabah"ı məğlub etdi, "Neftçi" "Sumqayıt"la heç-heçə etdi - YENİLƏNİB

19:29 - 1 Fevral 2020

Bu gün Premyer Liqada mövsümün ikinci yarısına start verilib.

 

Sportal.az xəbər verir ki, 15-ci turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

"Sabah" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Neftçi" isə evdə "Sumqayıt"la bərabərə qalıb - 1:1.

 

“Zirə” – “Sabah” - 2:0

Qollar: Ağabala Ramazanov, 45+1, Riçard Qadze, 78

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Zirə İdman Kompleksinin stadionu, 15:00

 

“Neftçi” –“ Sumqayıt” - 1:1

Qollar: Baqali Dabo, 71Rəhim Sadıxov, 43

Qırmızı vərəqə: Voislav Stankoviç, 41 ("Neftçi")

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bakcell Arena”, 17:30.

Xəbər xətti