Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığma saat Slovakiya ilə qarşılaşıb. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Qrupun digər matçında isə Rusiya Xorvatiya ilə qarşılaşacaq. Həmin görüşdə Xorvatiyanın qələbəsi Azərbaycanı qrup 2-cisi edəcək.
20:00 Azərbaycan - Slovakiya - 3:3
Qollar: Marian Hudek, 08:10, Matuş Çevçik, 30:42, Matuj Kijovski, 39:52 // Rafael Vilela, 16:21, Matuj Kijovski, 28:51 (ö/q), Thiago Telles Martins “Bolinha”, 39:57
Sarı vərəqələr: Martin Pechy, 28:32// Eduardo Borges, 17:08, İsa Atayev, 16:05
Qırmızı vərəqə: Eduardo Borges, 39:37
saytlarin hazirlanmasi