Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun daha 2 oyunu keçiriləcək.
Sportal.az xəbər verir ki, “Qəbələ” 2020-ci ildə ilk rəsmi bu gün keçirəcək. “Qırmızı-qaralar” III dövrəyə ev matçı ilə başlayacaq. Komanda Qəbələ şəhər stadionunda “Keşlə”ni qəbul edəcək.
Bu, rəqiblər arasında 52-ci duel olacaq. “Qəbələ” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan “qırmızı-qaralar” 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən komanda 67 qol buraxıb. Komandanın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.
51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komandan 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündür – 27:26.
saytlarin hazirlanmasi