"Zenit"in müdafiəçisi Branislav İvanoviç VAR sisteminin (Video köməkçi hakim) futboldakı yerindən danışıb.
Sportal.az xəbər verir ki, serb müdafiəçi bu sisteminin oyunlara xeyri vermədiyini deyib:
"VAR-ı sevmirəm, çünki futbolun gözəlliyini pozur. Futbol üçün doğru deyil. Əgər hər şey sonradan izlənilirsə, meydandakı hakimləri tamamilə götürə bilərik. Bu şəkildə futbolu kompüter oyununa çeviririk. Hakimin VAR-la səhvini düzəltməsi, müdafiəçinin yanlışlığa yol verəndə "yenidən başlayaq, bu səhvi təkrarlamayım" deməsinə bənzəyir. VAR bu oyuna aid deyil. Millimetrlə oyundankənar vəziyyət qərarı vermək doğru deyil. Futbol VAR-sız daha gözəldir".
35 yaşlı futbolçu bu mövsüm "Zenit"də 26 oyuna 3 qol vurub.
saytlarin hazirlanmasi