Rusiya DÇ-2022-də iştirak etməyə bilər

16:16 - 5 Fevral 2020

Rusiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyə bilər.

 

Sportal.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi bunun mümkün olmadığını bəyan edib. Buna Moskvadakı antidopinq laboratoriyasında testlərin manupulyasiyası səbəb olub.

 

FIFA "beIN Sports"un yaydığı xəbərə reaksiya verməyib. Rusiya Futbol İttifaqı WADA-dan xəbərdarlıq almadığını qeyd edib.

 

Britaniya mətbuatı Rusiya yığmasının DÇ-2022-nin qrup mərhələsinə vəsiqə qazanacağı halda, turnirdə iştirak edəcəyini, lakin milli rəmzlərdən və himndən istifadə hüququna malik olmayacağını qeyd edib.

Xəbər xətti