Ermənilərin klubu Rusiya çempionatından kənarlaşdırıldı

22:32 - 5 Fevral 2020

Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin bürosu ermənilərin Moskvada yaratdığı "Ararat" klubunu Peşəkar Futbol Liqasından uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, lisenziyalaşdırma üzrə komissiya "Ararat"ın lisenziyasını geri çağırıb.

 

"Ararat" PFL-in II Divizionunun mərkəzi zonasında 17 oyundan sonra topladığı 23 xalla 8-ci yerdə idi.

 

Komanda 2017-ci ildə Moskvadakı erməni gənclər birliyinin dəstəyi ilə yaradılıb. "Ararat" ötən mövsüm mərkəzi liqada çempion olsa da, I Diviziona vəsiqə qazanmayıb.

Xəbər xətti