"Vulverhempton" Avropa Liqası üçün yeni iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportal.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin üzvü Renat Dadaşovun da adı qeyd edilib.
İngiltərə təmsilçisi 1/16 finalda "Espanyol"la qarşılaşacaq.
Renat mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, bu ildən "Vulverhemton"un U-23 komandasında oyunlara çıxır, məşqləri isə əsas komanda ilə edir.
saytlarin hazirlanmasi