“Barselona” idman direktoru Erik Abidalı istefaya göndərməyəcək.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Xosep Bartomeu Abidalıa komandanın kapitanı Messi arasında münaqişəni yoluna qoymaq niyyətindədi.
Bir neçə gün əvvəl Abidal “Barsa”nın bəzi oyunçularının keçmiş baş məşqçi Valverdenin dövründə həvəssiz oynadıqlarını söyləmiş, Messi isə idman direktorundan həmin futbolçuların adını çəkməyi tələb etmişdi.