18 yaşlı futbolçu "Arsenal"da ayın ən yaxşısı seçildi

13:36 - 6 Fevral 2020

"Arsenal"da yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Sportal.az xəbər verir ki, bu, Qabriel Martinellidi. Məlumatı klubun rəsmi saytı yayıb. 18 yaşlı hücumçu ötən ay 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

2019-cu ilin yayında "Arsenal"a keçən braziliyalı forvard “topçular”la 23 oyunda 10 qol vurub.

Xəbər xətti