Rusiya mətbuatı Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin karyerasını "Neftçi"də davam etdirə biləcəyini yazıb. İddiaya görə, paytaxt təmsilçisi milli üzvünün xidmətində maraqlıdı. Şeydayev özü də Azərbaycana qayıtmağa isti yanaşır.
Sportal.az xəbər verir ki, məsələ ilə bağlı "Neftçi"nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev danışıb. Klub rəsmisi "FutbolPress"ə açıqlamasında Ramilin gəlişinin gündəmdə olmadığını söylədi:
"Şeydayev kimi futbolçunu hamı istəyər. Potensiallı hücumçudu, milli komandanın oyunçusudu. "Neftçi" də istəyər ki, hücum xəttində yerli futbolçu olsun. Ramil komandaya kömək edə bilər. Amma hazırda onun "Neftçi"yə gəlməyi ilə bağlı məsələ gündəmdə deyil".
saytlarin hazirlanmasi