Bundesliqanın oyunu təxirə salındı

13:13 - 9 Fevral 2020

Almaniya Bundesliqasının 21-ci turunda keçiriləcəyi nəzərdə tutulan "Borrusiya" (Münhenqladbax) - "Köln" matçı təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Təşkilatçılar "Borussiya-Park"da keçirilməsi planlaşdırılan oyunda azarkeşlərin təhlükəsizliyini nəzərə almaqla bu addımı atıb.

 

Almaniyada yağışlı və küləkli hava hökm sürür.

 

"Borussiya" Bundesliqanın turnir cədvəlində 39 xalla 4-cü, "Köln" 23 xalla 13-cüdür.

Xəbər xətti