Anton Krivotsyuk: "Heç-heçəni ədalətli nəticə hesab edirəm"

14:14 - 9 Fevral 2020

"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk "Qarabağ”la oyundan sonra klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Ukrayna əsilli milliləşdirilmiş futbolçu heç-heçəni ədalətli nəticə hesab edir:

 

"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar. Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm”.

Xəbər xətti