Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, milli Danimarkanın "Hellerup" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
Azərbaycan yığması toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə heç-heçə edib - 1:1.
saytlarin hazirlanmasi