Sənan Avropa çempionu oldu, Eldənizlə İslam bürünc medal qazandı

22:54 - 11 Fevral 2020

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. O, finalda macarıstanlı Zotlan Levaiyə 3:1 hesabı ilə qalib gəlib. Sənan ilk dəfə qitə çempionu olub.

 

Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) yarışı 3-cü yerdə tamamlayıblar.

Xəbər xətti