İslam Abbasov: "Yarımfinala qədər çox güc sərf etdim"

18:22 - 12 Fevral 2020

Yunan-Roma güləşi üzrə yığmanın əsas simalarından biri İslam Abbasov (87 kq) Avropa çempionatında bürünc medal qazandı.

 

Sportal.az xəbər verir ki, ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan 23 yaşlı pəhləvan federasiyanın saytına açıqlama verib:

 

“Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım. Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”.

Xəbər xətti