“Azərbaycan Radiosu”nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.
Sportal.az xəbər verir ki, qurum rəsmisi yığmanın sabiq məşqçisi Elxan Abdullayevin U-18 millisinin baş məşqçisi olmaq istəmədiyini deyib:
“Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələ ki, qərar yoxdur. Bəli, Elxan Abdullayev dedi ki, əsas milli komandaya gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadır. Lakin biz buna hazırda cavab verə bilmərik. Çünki milli komandaya gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hazırda bu köməkçi Arif Əsədovdur və o işinə davam edir”.
Elxan Abdullayev yığmanın məşqçilər korpusunda sonuncu dəfə Robert Prosineçkinin çalışdığı dönəmdə yer almışdı.
saytlarin hazirlanmasi