Niko Kovaç Bundesliqaya qayıda bilər

15:15 - 13 Fevral 2020

Mövsümün gedişində Menhen "Bayern"indən ayrılan Niko Kovaç yenidən Bundesliqada çalışa bilər.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Yurgen Klinsmannla yollarını ayıran "Herta" klubu xorvatiyalı mütəxəssisə təklif göndərəcək.

 

48 yaşlı mütəxəssis futbolçu karyerasında "Herta"da uzun illər çıxış edib.

 

Berlin təmsilçisi Bundesliqanın turnir cədvəlində 21 turdan sonra 23 xalla 14-cüdür.

Xəbər xətti