Ağahüseyn Mustafayevdən erməni güləşçi üzərində fantastik geri dönüş - TAM VİDEO

14:38 - 15 Fevral 2020

Romada güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı Qevorq Mxeyanla üz-üzə gəlib.

 

Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya erməni güləşçi daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən Ağahüseyn inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geri dönüş edib.

 

İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Mustafayev yarışa inamlı qələbə qazanıb - 15:8.

 

Ağahüseyn Mustafayev bu gün finalda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşacaq.

 

 

 

Xəbər xətti