Aftandil Hacıyev: "Onu Premyer Liqada kəşf etdik"

19:30 - 16 Fevral 2020

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 17-ci turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular.

 

Mövsümün ilk yarısında da pis çıxış etmirdik. 11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm. Yaxşı oyun bizim qələbəmiz idi. Heç-heçələr sayəsində qazandığımız xallar bizə mübarizəni davam etdirməyə imkan verir.

 

Futbolda qara zolaqlar da mümkündür. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Qarşıda çətin oyunumuz var. "Sabah" da son 2 turda qələbə qazanıb. Bu oyunu tezliklə unudub qarşıdakı matça hazırlaşmalıyıq".

 

Gənc çalışıdırıcı zədəli oyunçulardan danışıb:

 

"Əvəzetmələrdə ehtiyatlı olmalı idik. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli idi. Rauf Əliyevin vəziyyəti pis deyil. Bahadur Həziyevi ilk dəfə Premyer Liqada kəşf etdik.

 

Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidir. Yeni transferimiz Lema Mabididə 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındır. Özü də çalışqandır və komandaya fayda verəcəyini düşünürəm".

Xəbər xətti