Ən azı 7 klubda qol vuran 12-ci futbolçu

10:10 - 17 Fevral 2020

Premyer Liqanın XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.

 

Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də bunu bacarıb.

 

“Qəbələ”yə vurduğu topla 31 yaşlı futbolçu heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

 

Xəbər xətti