“Keşlə” Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, yubiley uğursuzluğu Premyer Liqanın XVII turuna təsadüf edib. Səfərdə “Neftçi”yə 1:3 hesabı ilə uduzan “Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb.
Bu, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.
“Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da “Xəzər Universiteti” debüt oyununda evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi