“Sabah”ın futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, bu, mövsümün XVII turuna təsadüf edib. “Sumqayıt”la səfər matçına (2:1) qədər hesabında 49 oyun olan moldovalı yubiley görüşündə forma geyinib.
“100”ü yarılayan legioner Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Həmin vaxt “Səbail”in formasını geyinən futbolçu 13 matçda 2 qol vurub. Ötən mövsüm bu klubda 22 qarşılaşmaya çıxan Koçuk 4 dəfə rəqib qapısına yol tapıb.
Cari çempionatın ilk yarısında “Səbail”də keçirdiyi 12 görüşdə 1 qola sevinən moldovalı bu klubda cəmi 47 oyun keçirib və 7 qol vurub. Qış fasiləsində “Sabah”a üz tutan Yevgeni yeni komandasında 3 oyunda iştirak edib.
saytlarin hazirlanmasi