David Qarayev Azərbaycan millisindən imtina etməsinin səbəbini açıqladı

14:07 - 17 Fevral 2020

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu David Qarayev açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Rusiyanın “Kamaz” klubunun üzvü Azərbaycan vətəndaşlığından imtina etməsini səbəbini deyib:

 

"Azərbaycan yığmasına dəvət aldğım vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belədə mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Xəbər xətti