Erlinq Holand kumirini açıqladı

13:08 - 20 Fevral 2020

"Borussiya"nın hücumçusu Erlinq Holand kumiri olan Kriştiano Ronaldo ilə görüşmək istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı norveçli futbolçu "Yuventus"un portuqaliyalı ulduzundan hər zaman örnək aldığını deyib:

 

"Ronaldo ilə tanış olmaq istəyirəm. Futbolçu olmağımda payı çoxdur. Çünki o, mənim kumirim olub".

 

Holand qış fasiləsində 30 milyon avroya "Zalsburq"dan "Borussiya"ya keçib. O, bu mövsüm 29 oyunda 39 qol vurub.

Xəbər xətti