Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"

19:19 - 20 Fevral 2020

"Səbail"in futbolçusu Hendrik Ekşteyn Premyer Liqanın 18-ci turunda "Sabah"La oyun öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi sabiq komandası ilə oyuna xüsusi yanaşmadığını deyib:

 

"Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir, lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

 

29 yaşlı futbolçu qış fasiləsində "Sabah"dan "Səbail"ə keçib.

 

Xəbər xətti