Jelko Sopiç: "Dəli kimi topun arxasınca qaçmalı olurduq"

18:36 - 23 Fevral 2020

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın 18-ci turunda evdə “Səbail”lə heç-heçə etdikləri oyundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə nəticəni şərh edib:

 

- Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik.

 

- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridi, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədi?
- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.

 

- Marko Deviç və Ulis Diallo niyə oynamır?
- Marko zədəlidi. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.

 

- Ramil Şeydayevin hazırkı durumu necədi?
- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onunçün hər şey o qədər də asan deyil. O yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.

 

- Qırmızı vərəqə olmasaydı, nəticə lehinizə olacaqdımı?
- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.

 

- Son 3 oyunda 7 xal qazanmısız. Bunu davam etdirmək çətin olmaz?
- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.

 

- Qırmızı vərəq olmasaydı, Ramilə daha çox şans verməyi düşünmürdüz, yoxsa bu qədər kifayətdi?
- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Risk etmək istəmirik onunla bağlı. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O, məşqlərdə çox çalışır.

 

- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsız?
- Onunla fikirlərimi özünə bilrdidim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.

Xəbər xətti