Aftandil Hacıyev: "Son dəqiqədə xarakter göstərdik"

20:11 - 1 Mart 2020

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIX turunda "Neftçi" ilə matçdan (1:1) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qarşılaşmanı şərh edib:

 

"Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik. Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik. Hər xal bizim üçün önəmlidi. Futbolçuları göstərdikləri xarakterə və qələbəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram.

 

Buraxdığımız qoldan sonra aktivliyi artırdıq. Standart vəziyyətdən flərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu onun özünə inamını artıracaq. Maykl Essyen ağayında ağrı oldu ona görə əvəzləndi. Sabah müayinədən sonra hər şey bəlli olacaq".

Xəbər xətti