"Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev bu gün baş tutacaq Millətlər Liqasının püşkü barədə danışıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis zəif rəqib olmadığını deyib
"Hazırda zəif ölkə yoxdur. İstənilən rəqiblə görüşlər bizim milli üçün çətin keçir. Öncəki Millətlər Liqası da bunu göstərdi. Hansı rəqibin düşməyindən asılı olmayaraq özümüzü düşünməliyik. Öncə milli baş məşqçi problemini həll etməlidir".
Hacıyev "milliyə yerli, ya əcbəbi baş məşqçi lazımdır" sualına ibelə cavab verib: "Mənim mövqeyim dəyişməz olaraq qalır. Düşünürəm ki, bütün millilərdə yerli baş məşqçilər çalışmalıdır. Ancaq bütün hallarda bu işlərlə məşğul olan federasiyamız var. Yəqin ki, onlar daha dərindən təhlil edib, daha düzgün qərar verəcəklər" (sportinfo.az).
saytlarin hazirlanmasi