"Bayer"in ulduzu Avropada klub axtarır

18:18 - 10 Mart 2020

Mövsümün sonunda "Bayer"lə müqaviləsi başa çatacaq Çarles Aranqis Leverkuzen klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin agenti Fernando Feliçeviç təkliflər gözlədiklərini deyib:

 

"Təklifləri gözləyirik. Çarles Avropada oynamaq istəyir. "Atletiko", "Atalanta" və "Fiorentina" bizimlə əlaqə saxlayıb, amma gözlədiyimi təklifi etmədilər. Əgər Avropa klublarından biri ilə anlaşmasaq, Aranqisi Cənubi Amerika macəraları gözləyir".

 

Çili millisinin üzvünün "Bayer"lə müqaviləsi iyunun 30-u başa çatır. Aranqis bu mövsüm 26 oyunda 2 qol vurub, 6 assist edib.

Xəbər xətti