U-21 millisinin oyunu təxirə salındı

17:45 - 13 Mart 2020

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə – Azərbaycan matçı nəzərdə tutulduğu kimi martın 26-da oynanılmayacaq.

 

Görüş koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.

 

Buna qədər əsas millinin Maltadakı təlim-məşq toplanışı və ordakı yoxlama matçları təxirə salınmışdı.

Xəbər xətti