Mübariz Mənsimov saxlanıldı

13:27 - 15 Mart 2020

"Xəzər Lənkəran"ın keçmiş prezidenti, "Palmali Group" şirkətinin təsisçisi Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.

 

Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılıb.

 

Məlumata görə, "Palmali Group" şirkətinin təsisçisi FETÖ istintaqı çərçivəsində saxlanılıb və onun olduğu ünvanda axtarışlar aparılıb.

Xəbər xətti