Azərbaycanın Türkiyə ilə yoldaşlıq oyunu keçirilməyəcək

23:09 - 17 Mart 2020

Mayın 26-da Alanyada keçirilməsi planlaşdırılan Türkiyə və Azərbaycan milli komandalarının yoldaşlıq oyunu baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, buna UEFA-nın federasiyalara verdiyi tapşırıq səbəb olub.

 

UEFA-nın klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

 

Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta yığması ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunmuşdu.

Xəbər xətti