“Rolan Qarros”un vaxtı dəyişdirildi

11:49 - 18 Mart 2020

Mayın 25-dən iyunun 7-dək Parisdə keçirilməsi planlaşdırılan tennis üzrə “Rolan Qarros” turniri təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Fransa açıq çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb. Turnir sentyabrın 20-dən oktyabrın 4-dək təşkil ediləcək.

 

Yarışın son qalibi ispaniyalı Rafael Nadaldır.

Xəbər xətti