Tennis turnirləri iyunun 7-dək təxirə salındı

15:32 - 19 Mart 2020

Peşəkar tennisçilər assosiasiyasının (ATP) və qadın tennisçilər birliyinin (WTA) təşkil etdiyi bütün turnirlər təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, yarışlar koronavirus pandemiyasına görə iyunun 7-dək keçirilməyəcək.

 

Madrid və Romada qadın və kişilərin yarışı təxirə salınıb. Bununla yanaşı, Strasburq və Rabatda qadınların, Münhen, Eştoril, Cenevrə və Lionda kişilərin turniri ləğv olunub.

 

Xəbər xətti