Koronavirus pandemiyasına görə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçuları fədakarlıq ediblər.
Sportal.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl futbolçuların maaşlarından imtina etməyə hazır olduqlarını deyib:
"Mən bu oğlanlarla qürur duyuram. Hamımız yaxşı və pis günlərdə birgəyik. Futbolçular "Borussiya"ya borclarını vermək istəyir. Almaniyada ilk klubuq ki, futbolçular maaşlarında endirimə razı oldu".
Futbolçuların bu addımı ilə klub 1 milyon avro qənaət edib. Bu şəkildə "Borussiya" klubda çalışan digər işçilərin məvacibini ödəyə biləcək.
saytlarin hazirlanmasi