Formula 1-in daha 3 qran-prisi təxirə salındı: mövsümə Bakıda start verilə bilər

01:04 - 20 Mart 2020

Formula1-in daha 3 qran-prisi keçirilməyəcək.

 

Sportal.az xəbər verir ki, buna koronavirus pandemiyasının geniş yayılması səbəb olub. Bu səbəbdən Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) mükafat yarışları qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

 

Mövsüm ən yaxşı halda Azərbaycanda start götürə bilər. Bakıdakı dünya çempionatının 7-ci mərhələsi təqvimdə iyunun 5-7-də yer alıb.

Xəbər xətti