Olimpiya məşəli Yunanıstandan Yaponiyaya gətirildi

11:46 - 20 Mart 2020

Olimpiya Oyunlarının məşəli Yunanıstandan Yaponiyaya gətirilib.

 

Sportal.az xəbər verir ki, martın 26-dan Yaponiyada məşəlin estafeti başlayacaq.

 

Yunanıstanda məşəlin alovlandırma mərasimi ilk dəfə azarkeşsiz baş tutub. Buna koronavirus pandemiyası səbəb olub.

Xəbər xətti