Yuri Syominin müqaviləsi uzadılmayacaq

15:22 - 21 Mart 2020

Rusiyanın “Lokomotiv” klubu mövsümün sonunda baş məşqçisi Yuri Syominlə yollarını ayıracaq.

 

Sportal.az "Nemzeti Sport"a istinadən xəbər verir ki, Moskva təmsilçisi müqaviləsi başa çatacaq 72 yaşlı mütəxəssisin sazişini uzatmayacaq.

 

Rusiyalı çalışdırıcının yerinə “Partizan”ın keçmiş baş məşqçisi Marko Nikoliçin gətiriləcəyi gözlənilir. 40 yaşlı mütəxəssisin son iş yeri Macarıstanın "Fehrevar" klubu olub.

 

Syomin müxtəlif illərdə "Lokomotiv"i çalışdırıb. Təcrübəli çalışdırıcı 3 dəfə ölkə çempionu olub, 6 dəfə Rusiya kubokunu qazanıb. Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.

Xəbər xətti