"Qəbələ"nin futbolçusu Rodriqo Qattas açıqlama verib.
Sportal.az xəbər verir ki, çilili futbolçu ADN radiosuna koronavirusla bağlı Azərbaycanda yaranan vəziyyətdən bəhs edib:
“Biz çətin dövr keçiririk. Baxmayaraq ki, koronavirusa yoluxanların sayı digər ölkələrdəki qədər çox deyil. İnsanlar təşvişdədi, bir neçə gündən sonra hər şey bağlanacaq. Hələlik burada vəziyyət normaldı, yaxşı təmin olunmuşuq. İnsanlar maskada gəzir, işləyirlər. Hələlik müvafiq tədbirlər görülməyib”.
“Qəbələ”dəki ilk həftələrindən danışarkən, çilili legioner futbol mövzusunun fərqli olduğunu bildirib: “Biz bir həftə əvvəl məşqləri dayandırmışıq. Get-gedə yerli mədəniyyətə daha çox assimilyasiya edirik. Hələlik 30-35 təsdiqlənmiş koronavirusa yoluxma halı var. Amma fikrimcə, onların sayı daha çox olacaq”.
Qattas vətənindəki vəziyyəti necə gördüyünü də açıqlayıb: “Çili hazırda özünün çətin dövrlərini yaşayır. Hətta uzaqdan belə bunu görmək çox kədərlidir. Amma fikrimcə, Çilidə virusla bağlı problem Azərbaycandakından ağırdı. Ümidvaram ki, bunu həll etmək olar. Çünki müvafiq tədbirlərin hələ görülmədiyi sezilir”.
Rodriqo Qattas fevralda “Qəbələ” ilə 1,5 illik müqavilə bağlayıb.
saytlarin hazirlanmasi