İki ölkə olimpiadadan imtina etdi

11:54 - 23 Mart 2020

Kanada və Avstraliya Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, hər iki ölkənin Milli Olimpiya komitəsi Tokiodakı yarışa qatılmayacaqlarını açıqlayıb.

 

Bu qərar dünyanı bürüyən koronavirus pandemiyasına görə qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışı təxirə salmağa tələsmədiyindən yerli komitələr çarə tapmaq istəyib.

 

Tokio-2020-nin taleyinə yaxın zamanda aydınlıq gələcək.

Xəbər xətti