Almaniya Bundesliqa təmsilçisi “Şalke”nin futbolçusu Amin Harit etdiyi hərəkətlə gündəm olub.
Sportal.az xəbər verir ki, o, koronavirus səbəbindən “evdə qal” çağırışı etsə də, özü qəlyan çəkmək üçün kafeyə gedib.
Klub oyunçunun hərəkətinə görə üzr istəyib: “Futbolçumuz etdiyi səhvi dərk edir və hər kəsdən üzr istəyir. Bir daha belə halın yaşanmayacağına əmin ola bilərsiz”.
saytlarin hazirlanmasi