“Qəbələ”də ən çox oyuna çıxan futbolçuların siyahısında dəyişiklik

00:22 - 26 Mart 2020

Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları  "Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.
 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu "20-lik”də yer alıb. Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu "20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

 

İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

 

Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır.

 

"20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i əcnəbidir.

Xəbər xətti