Harri Keyn: "Karyeramın sonuna qədər "Tottenhem"də qalmaya bilərəm"

15:15 - 30 Mart 2020

"Tottenhem"in hücumçusu Harri Keyn komandadan ayrıla biləcəyini deyib.

 

Sportal.az xəbər verir ki, ingilis oyunçu "Instagram"da canlı yayım zamanı "Futbolçu karyeranı "Tottenhem"də başa vuracaqsız" sualına bu cavabı verib:

 

"Buna nə "bəli", nə də "xeyr" cavabını verə bilmərəm. "Tottenhem"i çox sevirəm və hər zaman da belə davam edəcək. Ancaq buna görə hər zaman klubda qalacağımdan əmin deyiləm. Hirsli və uğura ac futbolçuyam. İnkişaf etmək və zirvədə olmaq istəyirəm. Burada qalmağım komandanın necə inkişaf edəcəyindən asılıdır. Karyeramın sonuna qədər "Tottenhem"də qalmaya bilərəm".

 

26 yaşlı hücumçu 2004-cü ildə "Tottenhem"in akademiyasına qoşulub və 2009-cu ildə əsas komandaya qatılıb. O, müxtəlif illərdə 4 kluba icarəyə verilib. Hücumçu 2015-ci ildən İngiltərə yığmasına dəvət alır.

Xəbər xətti