İngiltərənin "Tottenhem" klubu koronavirus pandemiyasına görə 550 işçinin aprel və may aylarının məvaciblərini 20 faiz aşağı salıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Deniel Levi məlumat verib: "Klub daxilində 550 işçinin növbəti 2 ay məvacibləri 20 faiz azaldıldı. 550 nəfərdən birini işdən çıxarmaq ağır qərar olardı, buna görə belə addım atdıq".
Futbolçuların maaşları isə azaldılmayıb.
Daha öncə İngiltərədə "Nyukasl" klubu işçilərinin maaşlarını azaltmışdı.
saytlarin hazirlanmasi